Sosial

Polad Həşimovun oğlu bu universitetə qəbul oldu

Polad Həşimovun oğlu bu universitetə qəbul oldu

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun oğlu Davud Həşimov ali təhsil almaq üçün ABŞ-ı seçib.

Demokrat.azModern.az-a istinadən xəbər verir ki, Davud Həşimov 4 müxtəlif ölkənin 7 nüfuzlu universitetindən qəbul alıb. Milli Qəhrəmanın oğlu təhsilini ABŞ-ın prestijli ali təhsil müəssisələrindən biri olan Purdue Universitetində davam etdirmək qərarına gəlib.

Qeyd edək ki, Purdue Universiteti dünyada mühəndislik və texnologiya sahəsində aparıcı ali təhsil müəssisələrindən biri hesab olunur.

D
demokrat.az