Mədəniyyət

Zaur Rzayevə nə olub?

Zaur Rzayevə nə olub?

Xəbər verdiyimiz kimi, Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib.

Sənətçinin oğlu, opera ifaçısı Azər Rzazadə “Teleqraf"a açıqlamasında bildirib ki, atasının ürəyində problem aşkarlanıb:

“Atam 10 gündür ki, Dövlət Gömrük Hospitalında reanimasiyadadır. Həkimlərin qərarına əsasən, sabah palataya köçürülə bilər. Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək".

NE
Nihadə Eyyubova