Hadisə

Salyanda avtomobil kanala aşdı — 3 nəfər öldü

Salyanda avtomobil kanala aşdı — 3 nəfər öldü

Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.

Demokrat.azxəbər verir ki, hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.

Qəza nəticəsində Gəncəli kənd sakinləri; 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az