Xarici siyasət

Ermənistan İlham Əliyevlə Paşinyanın görüşünü uğurlu hesab edir

Ermənistan İlham Əliyevlə Paşinyanın görüşünü uğurlu hesab edir

İrəvan Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabi görüşünü uğurlu hesab edir.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan nazirliyin "Telegram" kanalında yayımlanan açıqlamasında bildirib.

“Ermənistan Əbu-Dabidə keçirilmiş görüşü uğurlu hesab edir və onun sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün ciddi əsas ola biləcəyini təsdiqləyir”, – deyə Badalyan qeyd edib.

D
demokrat.az