“Məlumdur ki, bu gün BƏƏ-nin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş baş tutdu. Görüşdə sülh müqaviləsinin bağlanması ilə bağlı məsələlər gündəmdə olub”.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, Azərbaycan Cənubi Qafqazda iqtisadi, siyasi və hərbi mənada güc mərkəzidir, Azərbaycanın iştirakı olmadan regionda hər hansı layihənin keçirilməsi qeyri-mümkündür:

Sülhün əldə olunmasını istəyən həmişə Azərbaycan olub. Baxmayaraq ki, kapitulyasiya olunan Ermənistandır və sülh daha çox Ermənistana lazımdır. Bununla yanaşı, Ermənistan xarici təsirlərin nəticəsində sülh prosesini getdikcə uzadır. Lakin reallıq budur ki, artıq Ermənistanın manevr imkanları tükənir. Ermənistanın ayaqda qalması üçün sülh müqaviləsini imzalayıb Azərbaycanın həyata keçirdiyi regional layihələrdə iştirak etməlidir. Kommunikasiyaların açılmasına dair addımlar atmalıdır, Azərbaycan və Türkiyə arasındakı bütün nəqliyyat yolları açılmalıdır, xüsusən Zəngəzur dəhlizi”.
Cavidan Mirzəzadə Demokrat.az


