Sosial

Un ucuzlaşıb, bircə Gəncədə bahadır

Un ucuzlaşıb, bircə Gəncədə bahadır

İyulun 7-nə Azərbaycanda un istehsalçılarının topdansatış məntəqələrində 50 kiloqramlıq un kisəsinin qiyməti 25,8-28 manat arasında dəyişib.

Demokrat.az xəbər verir ki, Bakı şəhərində və Abşeron rayonunda unun topdansatış qiyməti 26,5-27,3 manat arasında dəyişib. Minimum qiymət dəyişməz qalıb, maksimum qiymət isə 0,7 % azalıb.

Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti Şabran rayonunda qeydə alınıb və 25,8 manat təşkil edib ki, bu da 1 həftə əvvələ nisbətən eynidir. Pepperoni pizza

Ən yüksək qiymət isə Gəncə şəhərində müşahidə olunub – burada 50 kiloqramlıq un kisəsi 28 manata satılıb ki, bu da həftəlik müqayisədə eynidir.

NE
Nihadə Eyyubova