Siyasət Özəl

“Biz Rusiyanın tərkibində deyilik, soyadlar dəyişməlidir” — Deputatdan ÇAĞIRIŞ

“Biz Rusiyanın tərkibində deyilik, soyadlar dəyişməlidir” — Deputatdan ÇAĞIRIŞ

“Biz Rusiya imperiyasının tərkib hissəsi deyilik və təbii olaraq soyadlar milli formaya çevrilməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, bu məsələ hansısa təzyiqlər yolu ilə həll olunmamalıdır:

“Hər bir ailənin öz ənənələri, istəkləri var və bu proses könüllü olmalıdır. Mühit elə olmalıdır ki, hər bir insan öz milli soyadlarına, köklərinə qayıtsın”.

Cavidan Mirzəzadə Demokrat.az

D
demokrat.az