Şou-biznes

“Kim deyirsə ki, Bədii Şuaralar fəaliyyət göstərmir, bununla razı deyiləm...”

“Kim deyirsə ki, Bədii Şuaralar fəaliyyət göstərmir, bununla razı deyiləm...”

“Biz hər ay bir dəfə toplanırıq və fikir mübadiləsi aparırıq, kim deyirsə ki, Bədii Şuaralar fəaliyyət göstərmir, bununla razı deyiləm”

Bunu açıqlamasında “DÜNYA”TV-də Bədii Şuranın üzvü, Xalq artisti Niyaməddin Musayev deyib:

“Gənc müğənnilərin ifaları və aparıcıların verilişləri haqda həmişə fikirlərimi deyirəm. Bunun üçün hər dəfə toplantı keçirməyə ehtiyac yoxdur. Biz hər ay bir dəfə toplanırıq və fikir mübadiləsi aparırıq, kim deyirsə ki, Bədii Şuaralar fəaliyyət göstərmir, bununla razı deyiləm. Həmin şurada mənimlə yanaşı, tanınmış şəxslər təmsil olunurlar. Burda şair də, muğam ifaçısı da, yazıçı da var. Amma qaldı ki, özəl telekanalların bir problemi var ki, dövlət tərəfindən maliyyələşmirlər, qazancları ancaq reklamdan olur. Bir çox hallarda isə bu onlara irad tutulur”. Qeyd edək ki, “DÜNYA”TV-də Bədii Şuranın sədri şair Vüqar Əhməd, üzvlər isə Əməkdar jurnalist Ramiz Hüseynov, Xalq artistləri Firuz Əliyev, Nübar Novruzova, bəstəkar Rauf Məmmədov, Əməkdar artist Cabir Abdullayev, meyxana ustadı Namiq Məna, müğənni İzzət Bağırovdur. (Moderator.az)

D
demokrat.az