Hadisə

Bakı Rusiya Baş nazirinin müavinini qəbul etməkdən imtina edib — Səfər ləğv olundu

Bakı Rusiya Baş nazirinin müavinini qəbul etməkdən imtina edib — Səfər ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ayın sonuna ölkəmizə nəzərdə tutulan səfəri ləğv olunub.

Demokrat.az xəbər verir ki, Trend-in əldə etdiyi məlumata görə, buna səbəb Yekaterinburqda hüquq-mühafizə orqanlarının azərbaycanlılara qrşı həyata keçirdiyi əməliyyat və həmyerlilərimizin qəddarlıqla qətlə yetirilməsidir.

Azərbaycan hökuməti yaranmış vəziyyətdə Overçukun və ya digər rəsmi şəxsin Azərbaycana səfərində heç bir əhəmiyyət görmür.

NE
Nihadə Eyyubova