Hadisə

Ermənistan mallarının Azərbaycana keçirilməsinin qarşısı alındı

Ermənistan mallarının Azərbaycana keçirilməsinin qarşısı alındı

Son iki il ərzində cəmi iki dəfə erməni mənşəli məhsulun Azərbayacana keçirilmə cəhdinin qarşısı alınıb.Demokrat.az Modern.az-a istinadən xəbər verir ki, bunu Astara gömrük postunun rəisi, gömrük xidməti mayoru Habil Mehdiyev bildirib.

O qeyd edib ki, bunların hər ikisi İran vətəndaşının üzərində aşkarlanıb: "Biri erməni istehsalı olan siqaret, digəri isə nərd taxtası olub. Hər ikisinin üzərində Ermənistan istehsalı olduğu qeyd edildiyindən məhsullar məhv edilib".

D
demokrat.az