Gündəm

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirilib

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirilib

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərovqardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərovda öldürülüb.

Bu barədə Modern.az-a öldürülən Səfərov qardaşlarının ailəsindən bildirilib.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb.

Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri - Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Qətlə yetirilən hər iki şəxs tanınmış ədəbiyyatşünas, “525-ci qəzet”in baş redaktor müaviniSeyfəddin Hüseynlinin qardaşlarıdır.

NE
Nihadə Eyyubova