Hadisə

Türkiyənin 5 bölgəsində meşə YANIR

Türkiyənin 5 bölgəsində meşə YANIR

Türkiyənin beş bölgəsində - Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib.

Demokrat.az xəbər verir ki, hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir.

Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib.

Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.

NE
Nihadə Eyyubova