Hadisə

Bakıda qadın ürəyindən bıçaqlandı

Bakıda qadın ürəyindən bıçaqlandı

Bakının Binəqədi rayonunda qətl hadisəsi baş verib.

Demokrat.az-ın xəbərinə görə, təxminən 35-40 yaşlarında olan qadın Süleyman Sani Axundov küçəsindəki kafenin yaxınlığında bıçaqlanıb.

Qadına ümumilikdə 4 bıçaq zərbəsi vurulub. Zərbələrdən biri onun ürək nahiyəsinə tuş gəlib. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisənin təfərrüatlarını Binəqədi polisi və prokurorluğun istintaqçıları araşdırır. Hadisənin motivi hələlik məlum deyil. (APA)

D
demokrat.az