Hadisə

Ucardakı yanğında 3 min toyuq-cücə tələf oldu - VİDEO

Ucardakı yanğında 3 min toyuq-cücə tələf oldu - VİDEO

Ucar rayonunda baş verən yanğın zamanı 3 min ədəd toyu-cücə yanaraq tələf olub.

Hadisə rayonun "29-cu məhəllə" adlanan ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü Səməd Vahid oğlu Əşrəfova məxsus həyətyanı sahədə, olan ümumi sahəsi 134 kvadratmetrlik toyuq-cücə saxlamaq üçün nəzərdə tutulan tikilidə yanğın baş verib. Yanğın zamanı binanın 100 kvadratmetri və içərisində olan 3000 ədəd toyuq-cücə yanaraq tələf olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (Report)

D
demokrat.az