Hadisə

Paytaxtda yük avtomobili qadını vuraraq öldürdü

Paytaxtda yük avtomobili qadını vuraraq öldürdü

Bakıda yük avtomobili qadını vuraraq öldürüb.

Demokrat.az xəbər verir ki, 1975-ci il təvəllüdlü, İsmayılov Rövşən Mövlud oğlu idarə etdiyi Mercedes Axor markalı yük avtomobili ilə Binəqədi şosesi-DSK yolu şəhid Nicat Mustafayev küçəsində hərəkətdə olarkən piyada Mahmudova Səbuhə Kəmaləddin qızını vurub. Piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report.az)

NE
Nihadə Eyyubova