İdman

Millimizdən biabırçı nəticə — Hətta “cırtdanlar” belə bizdən öndədir

Millimizdən biabırçı nəticə — Hətta “cırtdanlar” belə bizdən öndədir

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Demokrat.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi üç pillə geriləyərək,1177 xalla 114-cü pillədə qərarlaşıb.

Millimizin Avro-2020-nin son seçmə mərhələ matçlarında millinin Uelsə Bakıda (0:2), Slovakiyaya isə Trnavada (0:2) məğlub olması geriləməyə səbəb olub.

Maraqlısı odur ki, sözügedən reytinq cədvəlində Zimbabve, Tailand, Hindistan, hətta “cırtdan ölkə” adlandırılan Farer Adaları belə bizdən öndədir.

Qeyd edək ki, siyahıya 1765 xala Belçika başçılıq edir. Fransa (1733) 2-ci, Braziliya (1712) 3-cüdür.

Millimizdən biabırçı nəticə — Hətta “cırtdanlar” belə bizdən öndədir

D
demokrat.az