Hadisə

Göyçayda yol qəzasında 5 nəfər xəsarət aldı

Göyçayda yol qəzasında 5 nəfər xəsarət aldı

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 18:00 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 207-ci kilometrliyində, Göyçayın Bığır kəndi ərazisində qeydə alınıb. "VAZ 2107" markalı iki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.

Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

D
demokrat.az