İyunun 14-ü ölkənin bütün bölgələrində "Son zəng" tədbirləri keçiriləcək. Hər il olduğu kimi bu il də məzunlar üçün bu gün xüsusi anlam daşıyır. Bəziləri üçün məktəblə vidalaşma, bəziləri üçün isə özünüifadə və yadda qalmaq fürsətidir.
Bu həyəcanlı günə hazırlaşan onbirincilər arasında xüsusi avtomobillərlə şəhərdə gəzmək, şəkil çəkdirmək və sosial şəbəkələrdə paylaşmaq artıq bir ənənəyə çevrilib. Sosial mediada və elan saytlarında "Son zəng üçün günlük maşın kirayəsi" elanları günbəgün artır. Bəzi şagirdlər valideynlərinin nəqliyyat vasitələrini əldə etməyə çalışsa da, bir çoxları isə daha fərqli görünmək və yadda qalan anlar yaşamaq üçün xüsusi maşınları kirayələməyə üstünlük verir.
Bəs bu elanlar nə dərəcədə realdır? 18 yaşına çatmayan, sürücülük vəsiqəsi olmayan şagirdlərə bu avtomobillər necə təqdim olunur?
Avtosfer.az olaraq məsələni araşdırmaq üçün bir neçə belə elan sahibi ilə əlaqə saxladıq. Aldığımız cavablar göstərdi ki, əgər avtomobili kirayə götürən şəxs 18 yaşına çatmayıbsa və sürücülük vəsiqəsi yoxdursa, onlara avtomobil yalnız peşəkar sürücü ilə birlikdə təklif olunur. Yəni, şagirdlər sükan arxasına keçmir – yalnız sərnişin qismində avtomobildən istifadə edə bilirlər.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq, hüquqi və fiziki şəxsləri, o cümlədən, valideynləri və digər məsul şəxsləri azyaşlılara nəqliyyat vasitələrinin verilməsinin yolverilməzliyi barədə bir daha xəbərdar edirik. Bu istiqamətdə mübarizə tədbirlərimiz qanunvericiliyin tələblərinə uyğun olaraq davam etdiriləcək.
Qeyd:Bu materialAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Jurnalistika və İnkişaf Mərkəzi” İnkişaf Birliyi tərəfindən həyata keçirilən “Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili”adlı layihə çərçivəsində hazırlanmışdır. Materialda qeyd edilən fikir və mülahizələr Agentliyin rəsmi mövqeyini əks etdirmir.



