Hadisə

Naxçıvanda QƏZA: yaralılar var

Naxçıvanda QƏZA: yaralılar var

Naxçıvan-Sədərək magistral yolunda qəza olub, 3 nəfər xəsarət alıb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, hadisə magistral yolun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində baş verib.

İki "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı 2-i qadın olmaqla, 3 nəfər yaralanıb.

Onlar Şərur rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

NE
Nihadə Eyyubova