Sosial

"ASAN xidmət"dən qadına şiddətə qarşı sosial mesaj - VİDEO

ASAN xidmətdən qadına şiddətə qarşı sosial mesaj - VİDEO

"ASAN xidmət" Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günündə #zorakiligaqarsibirlikde - sosial aksiyasını təşkil edib. Belə ki, “ASAN xidmət”də şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətinə müraciət edən vətəndaşlara öz fotoları əvəzinə şiddətə məruz qalmış qadın fotosu göstərilib. Demokrat.az xəbər verir ki, yaradılmış qadın obrazı şərti olub və izlər vizual effektlər ilə əlavə edilib.

Vətəndaşlar əvvəlcə fotonu, daha sonra isə onlar üçün olan mesajı görüblər.

D
demokrat.az