Mayın 28-də Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib.
Demokrat.azxəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif konsertdə iştirak ediblər.
Əvvəlcə Azərbaycanın, Türkiyənin və Pakistanın Dövlət himnləri səsləndirilib.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış ediblər.
Daha sonra konsert proqramı təqdim olunub.


