Gündəm

Əfv edilənlərdən 9-u qadındır

Əfv edilənlərdən 9-u qadındır

Bu gün Prezidentin imzaladığı Əfv Sərəncamının şamil edildiyi 220 nəfərdən 9-u qadındır.

Demokrat.azxəbər verir ki, onlardan 4 nəfər həbsxanadan azadlığa buraxılacaq.

1 nəfər islah işləri cəzasına məhkum edilərək cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzalarının çəkilməsi təxirə salınaraq cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Qeyd edək ki, Azərbaycanda həbsdə saxlanılan şəxslərdən 2,9 faizi qadındır. (Qafqazinfo)

NE
Nihadə Eyyubova