Hadisə

Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı

Bakıda 10-cu mərtəbədən yıxılan qız sağ qaldı

Bakı şəhəri Yasamal rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az"Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə mayın 24-ü saat 19 radələrində qeydə alınıb.

Belə ki, Beyləqan rayon sakini 2006-cı il təvəllüdlü Nərminə Əmirli paytaxtın Əsəd Əhmədov küçəsi, 24B ünvanında yerləşən 16 mərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb.

Pəncərədən yıxılan qız möcüzə nəticəsində sağ qalıb.

NE
Nihadə Eyyubova