Mədəniyyət

Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub — FOTOLAR

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində tanınmış rəssam, Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub.

Sərgidə Gəncənin istedadlı rəssamları Mehdi Hüseynov, Cavanşir Məmmədov, Sevil Əliyeva, Aynur Hüseynzadə, Jalə Namazova, Mədinə Məmmədova və Sailə Əzizova öz əsərləri ilə iştirak ediblər.

Görkəmli rəssam Əzim Əzimzadənin əziz xatirəsinə həsr olunmuş sərgidə portret, mənzərə, natürmort janrında 32 rəngkarlıq nümunəsi nümayiş etdirilib.

Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub — FOTOLAR
Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub — FOTOLAR
Əzim Əzimzadənin 140 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub — FOTOLAR

NE
Nihadə Eyyubova