Son illərdə Azərbaycanda idmanın inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə həyata keçirilən ardıcıl və sistemli islahatlar nəticəsində ölkədə müasir idman infrastrukturu yaradılıb, regionlarda İdman Olimpiya Kompleksləri inşa olunub, gənclərin idmana cəlb olunması istiqamətində mühüm addımlar atılıb. Bu gün idman gənclərin sağlam həyat tərzinə yiyələnməsində, onların fiziki və vətənpərvər ruhda inkişafında, eləcə də ölkənin beynəlxalq arenada təmsil olunmasında mühüm rol oynayır.
Bu istiqamətdə regionda görülən işlərlə yaxından tanış olmaq, qanunvericilik çərçivəsində dəstək olmaq məqsədilə 22 may 2025-ci il tarixində 92 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev əraziyə növbəti səfəri çərçivəsində Göyçay və Ağdaş rayon İdman Olimpiya Komplekslərini ziyarət edib, mövcud infrastrukturla tanış olub və yerli idman ictimaiyyəti ilə görüş keçirib.



Millət vəkili iştirakçıların səsləndirdiyi fikirləri dinləyib, onları maraqlandıran məsələlərlə bağlı fikirlərini bildirib və bir sıra məsələlərin aidiyyəti qurumlar qarşısında qaldırılacağını qeyd edib.

M.Əfəndiyev vurğulayıb ki, 1993-cü ildən etibarən Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə dövlət idman siyasəti yeni bir mərhələyə yüksəldi, və bu iş Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır, Azərbaycan idmanının beynəlxalq səviyyədə tanınması təmin olunur.
Sonda deputut xalqımızın qürür və sevinclə qeyd etdiyi “Konstitusiya və Suverenlik İli”ndə gənclərimizin daha fəal olmalarını, qarşıya qoyulan hədəflərə çatmalarında, eləcə də və idman ictimaiyyətinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.



