Dünya Özəl

ABŞ konqresindən təklif: Qəzzanı Yaponiya kimi nüvə ilə bombalamaq lazımdır

ABŞ konqresindən təklif: Qəzzanı Yaponiya kimi nüvə ilə bombalamaq lazımdır

ABŞ-ınRespublikaçıNümayəndəsi Randy FineQəzzanı qeyd-şərtsiz təslim olmağa məcbur etmək üçün nüvə silahındanistifadə etməyə çağırıb.

Demokrat.az xəbər verir ki, konqresmen bu barədə "Fox News"a bildirib. Siyasətçi jurnalistlərlə söhbəti zamanı Vaşinqtonda Yəhudi Muzeyi yaxınlığında baş verən atışma hadisəsini şərhedib.

Fine bildirib ki, münaqişənin yeganə sonu müsəlman terrorunu dəstəkləyənlərin təslim olmasıdır.

Onun sözlərinə görə, ABŞ İkinci Dünya Müharibəsi zamanıAlmaniyavəYaponiyailə danışıqlar aparmayıb, Asiya ölkəsini qeyd-şərtsiz təslim olmağa məcbur etmək üçün Yaponiyaya iki dəfə atom bombası atıblar.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova