Hazırda Belarusda işçi qüvvəsi çatışmazlığı yaşanır və bu çatışmazlıq keçmiş SSRİ ölkələrinin əmək resursları hesabına kompensasiya edilə bilər.
Demokrat.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, müəssisələr işçi çatışmazlığı ilə üzləşdikləri halda miqrant işçiləri işə götürə bilərlər. Prezident qeyd edib ki, biz heç kəsi məhdudlaşdırmırıq, onları işə götürün və müqavilə bağlayın.
Əfsanə Kamal Demokrat.az


