“BakuBus” MMC sərnişinləri avtobuslarda təmizliyə riayət etməyə, qapı, pəncərə və salonun digər yerlərində yapışdırılan stikerləri qoparmamağa, avtobus avadanlığına maddi ziyan vurmamağa çağırır.
Demokrat.az xəbər verir ki, bu barədə Lent.az -a qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, stikerlərin üzərində yazılan məlumatlar sərnişinlərin ictimai nəqliyyatdan istifadə qaydaları haqqında maarifləndirilməsinə xidmət edir:
"Salonda təhlükəsizlik kameraları vasitəsilə çəkiliş aparılır. Qanunvericiliyə əsasən, "BakuBus" MMC-nin avtobuslarına maddi ziyan vuran sərnişinlər məsuliyyətə cəlb olunacaqlar.
Vətəndaşlardan da avtobuslarda təmizliyə riayət etməyən və stikerləri qoparan şəxsləri bu kimi hərəkətlərdən çəkindirməyə səsləmələrini xahiş edirik".


