Almatıda keçirilən “Qazaxıstan-Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir çərçivəsində qardaş ölkəyə səfər edən Azərbaycan nümayəndə heyətinin üzvləri Qazaxıstan Xalqlar Assambleyasında olublar.
Yenicag.az xəbər verir ki, tərkibində Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Yeni Çağ” Media Qrupunun rəhbəriAqil Ələsgərində yer aldığı nümayəndə heyətini Qazaxıstan Xalqlar Assambleyasının sədrinin müaviniRəsul Əhmədovqəbul edib.

Assambleyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verənR.Əhmədov,həmçinin, Azərbaycanın və Qazaxıstanın qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib. Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Qazaxıstan–Azərbaycan Beynəlxalq Forumu – Qərbi Azərbaycana Qayıdış Çağırışları” adlı tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin, UNESCO-nun Qazaxıstan nümayəndəliyinin, Dünya Axısxa Türkləri Birliyinin (DATÜB), “İpəkyolu” İctimai Diplomatiya Vəqfinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilib.

Onu da bildirək ki, Qazaxıstan Xalqlar Assambleyasının sədri ölkə PrezidentiKasım-Jomart Tokayevdir.









