Sosial

Kağız parçasından fərqlənməyən diplomlar — Bu universitetləri seçməyin! (SİYAHI)

Kağız parçasından fərqlənməyən diplomlar — Bu universitetləri seçməyin! (SİYAHI)

Xaricdə təhsilə almaq üçün sənəd qəbulu mövsümü açılıb. "Xaricdə təhsil şirkətləri” ilin ən gözəl çağlarını məhz indi yaşayırlar. Təsadüfi deyil, çoxlarının arzusudur xarici ölkələrdən birinin diplomunu almaq.

Bəs sonrası? Diplom öz funksiyasını təmin etməyincə, kağız parçasından fərqlənmir. Elə isə özümüzü oda, suya atmağa dəyərmi?

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, həm canımızın, həm pulumuzun hədər olmaması üçün diplomları Azərbaycanda tanınmayan universitetlərin siyahısını təqdim edir. Bu siyahı Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ən son düzəlişlərinə əsasən hazırlanıb:

Beynəlxalq Atlantik Universiteti

Beynəlxalq Xristian Universiteti

Middlesex Universiteti

Beynəlxalq Praqa Universiteti

EICAR - Paris Beynəlxalq Film və Televiziya Məktəbi

Vatel Otel və Turizm Biznes Məktəbi

Şərqi Avropa İqtisadiyyat və İdarəetmə Universiteti

Laqodexi Elm-Təhsil İnstitutu

Beynəlxalq Ekologiya və Tibb Akademiyası

Avqustin Voloşin adına Karpat Universiteti

Avropa Universiteti

"KROK” İqtisadiyyat və Hüquq Universiteti

Regionlararası Heyətin İdarəolunması Akademiyası

EADA Biznes Məktəbi

Barselona Qlobal Biznes Məktəbi

Avropa Universiteti Biznes Məktəbi

Marbella Beynəlxalq Universiteti

Harbour Space Universiteti

Roma Biznes Məktəbi

Maranqoni İnstitutu

Beynəlxalq Humanitar-Texniki Akademiya

Nijeqorod Menecment və Biznes İnstitutu

Şərqi Avropa Psixoanaliz İnstitutu

Sosial-Humanitar Təhsil və Xidmət İnstitutu

Dünya İqtisadiyyatı İnstitutu

Moskva Humanitar-İqtisad İnstitutu

İsveçrədə Amerika Tətbiqi Elmlər İnstitutu (İsveçrə Amerika Universiteti)

İsveçrə Ali Təhsil Məktəbi

Avropa Universiteti Biznes Məktəbi (Avropa Universiteti)

Cenevrə Biznes Məktəbi

Cenevrə Beynəlxalq Universiteti

Biznes və Hotel Menecmenti Məktəbi (Business & Hotel Management School)

Cenevrə Diplomatiya və Beynəlxalq Münasibətlər Universiteti

İsveçrə Montre Biznes Məktəbi

Biznes və Beynəlxalq Münasibətlər Universiteti

Glion Ali Təhsil Universiteti

Vebster Universiteti

Beynəlxalq Biznes İnstitutu

UniMan Beynəlxalq İdarəetmə və Performans Akademiyası

Biznes, İnnovasiya və Davamlılıq Universiteti

Florensiya Dizayn Beynəlxalq İnstitutu

SAE Yaradıcı Media İnstitutu

NE
Nihadə Eyyubova