Hadisə

Kürdəmirdə əməliyyat edilən qadın öldü

Kürdəmirdə əməliyyat edilən qadın öldü

Mayın 13-də Kürdəmir rayonunda cərrahi əməliyyat edilmiş qadın vəfat edib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Pərvanə Əli qızı Abdullayeva mayın 12-də Kürəmir Rayon Mərkəzi Xəstəxanasında apendisit əməliyyatı olunub.

Lakin 1 gün sonra qadın xəstəxanada vəfat edib.

Yaxınları bildirib ki, P.Abdullayevanı Rəşad adlı həkim əməliyyat edib. Onlar qadının tibbi heyətin səhlənkarlığından vəfat etdiyini iddia ediblər.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova