"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.
Müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.
Qeyd edək ki, müsabiqədə Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir.


