ADY yay aylarında Qəbələyə rahat və təhlükəsiz səyahət imkanlarını artırır.
Həftəsonu istirahətini Böyük Qafqaz sıra dağlarının ətəyində keçirmək istəyənlər üçün mayın 31-dən etibarən Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlarımız həftənin həm şənbə, həm də bazar günləri hər iki istiqamətdə fəaliyyət göstərəcək.
Belə ki, qatarlarımızsaat 07:30-da Bakı Dəmiryol Vağzalından Qəbələyə,saat 19:00-da Qəbələdən Bakıya hərəkət edəcək.
Qəbələdə əsrarəngiz təbiətlə görüş üçün www.ady.az saytı, “ADY Mobile” tətbiqi və ya kassalardan bilet almağa tələsin.


