Elazığın (Türkiyə) Sivrice rayonunda 4.9 bal gücündə zəlzələ baş verib.
Oxu. Azxəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yerin təxminən 11 kilometr dərinliyində baş verən zəlzələ nəticəsində hər hansı bir dağıntı və tələfat barədə məlumat yoxdur.


