Gündəm

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Hava ilə bağlı növbəti XƏBƏRDARLIQ

Hava şəraitinin dəyişəcəyi ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında aprelin 27-si axşam və 27-dən 28-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində yağıntının leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

NE
Nihadə Eyyubova