Dünya Özəl

Qırğızıstanda "Rus Evi"nin əməkdaşına hökm oxunub

Qırğızıstanda Rus Evinin əməkdaşına hökm oxunub

Qırğızıstandakı “Rus Evi”ninmuzdlu əsgərlər toplamaqda şübhəli bilinərək saxlanılan əməkdaşı Nataliya Sekerina ev dustaqlığına buraxılacaq.

Demokrat.az bu barədə Rusiyanın Bişkekdəki səfirliyinə istinadənxəbər verir.

Diplomatik nümayəndəlik qeyd edib ki, müstəntiqlər əvvəllər seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini mümkün hesab ediblər.

Səfirliyin bildirdiyinə görə, Qırğızıstan xüsusi xidmət orqanlarının "Rusiya Evi"nə qarşı heç bir iddiası yoxdur və işçinin saxlanması “Rossotrudniçestvo”nun Bişkekdəki fəaliyyəti ilə bağlı deyil.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova