Xarici siyasət

"ATƏT-in Minsk qrupunun görməli olduğu işi biz etdik"

ATƏT-in Minsk qrupunun görməli olduğu işi biz etdik

"30 il ərazilərimiz işğal altında qaldı. Məsələnin sülh yolu ilə həll olunması barədə çağırışlar etdik. Ancaq buna səs verən olmadı".

Demokrat.azOxu.az-a istinadənxəbər verir ki, bunu vitse-spiker Ziyafət Əsgərov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin "Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Spiker əlavə edib ki, bu gün dünyada beynəlxalq hüquq güc ruporudur:

"Təəssüf ki, 30 il ərzində BMT-nin Təhlükəsizlik Şurası, ATƏT və s. qurumlar müharibənin uzanmasında maraqlı idi. Hətta Ermənistana da dəstək verirdilər. ATƏT-in Minsk Qrupunun görməli olduğu işi biz etdik və ərazilərimiz işğaldan azad olundu".

D
demokrat.az