İqtisadiyyat Özəl

Deputat: “Azərbaycan-Çin əməkdaşlığı ölkələrimizin iqtisadiyyatlarına pozitiv təsir göstərəcək”

Deputat: “Azərbaycan-Çin əməkdaşlığı ölkələrimizin iqtisadiyyatlarına pozitiv təsir göstərəcək”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Çinə dövlət səfəri etmişdir. Səfər zamanı ticarət, investisiyalar, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələləri müzakirə olunub.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur:

“Artıq 2024-ci ilin yekunları göstəridi ki, iki ölkə arasında iqtisadi dövriyyə 21 faiz artaraq 3 milyard 744 milyon dollara çatıb. Bu da təbii ki, digər sektorlarda əməkdaşlıq üçün yeni imkanlar deməkdir. Praktik olaraq ölkələr arasında əməkdaşlığın güclənməsini müşahidə edirik.

İnvestisiya əməkdaşlığı üzrə İşçi qrupun yaradılması kifayət qədər vacibdir. Bu həm də fərqli sektorlarda məhz əməkdaşlıq imkanlarıdır. Çinin bu sahədə ciddi əməkdaşlıq etmək və sərmayə qoymaq imkanları var. Tərəflər arasında əməkdaşlıq daha da güclənəcək. Qarşılıqlı sərmayə qoyuluşlarının həyata keçirilməsi ölkələrin iqtisadiyyatlarına pozitiv təsir göstərəcək”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova