Turizm Özəl

Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canladıra bilər? — AÇIQLAMA

Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canladıra bilər? — AÇIQLAMA

"Kazino fəaliyyəti barədə müxtəlif ölkələrdə fərqli təcrübələr mövcuddur. Bu məsələdə qanunlara ciddi şəkildə əməl olunması vacibdir. Xüsusilə yetkinlik yaşına çatmayan şəxslər kazinolara buraxılmır. Kiprdə tələbə bileti olan şəxslərə kazinolara giriş üçün icazə yoxdur. Belə bir hal ortaya çıxarsa, müəssisə ciddi şəkildə cəzalandırılır. Ada ölkələrində kazino fəaliyyəti geniş yayılıb".

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

Kazino fəaliyyəti Azərbaycanda hansı sahələri canladıra bilər? — AÇIQLAMA

Sədr bildirib ki, Azərbaycanda kazinoların fəaliyyətinə icazə olmaması həvəsi olan şəxslərin Gürcüstana, Kiprə və digər ölkələrə səyahət etməsinə səbəb olur:

"Bu da ölkəmizdən valyutanın xaricə axmasına səbəb olur. Azərbaycanda müxtəlif məkanlarda kazino oyunları təşkil etmək olar. Külli miqdarda maliyyə vəsaiti dövlət büdcəsinı vergi şəklində daxil olması iqtisadiyyata və turizmə müsbət təsir edəcək. Kazinoların fəaliyyət göstərdiyi ölkələrdə mehmanxana, restoran biznesi və digər logistika sahələri inkişaf edir".

Əfsanə Kamal Demokrat.az

D
demokrat.az