Dünya

Sultan Əbdülhəmidin nəvəsi etiraz edən lisey şagirdlərini hədələdi

Sultan Əbdülhəmidin nəvəsi etiraz edən lisey şagirdlərini hədələdi

Osmanlı sultanlarından II. Əbdülhəmidin 4-cü nəsil nəvəsi Əbdülhəmid Kayıhan Osmanoğlu müəllim təyinatlarına etiraz edən lisey şagirdlərini hədələyib.

O bu barədə “Akit TV”də yayımlanan “Yazılmamış Tarix” verilişinin qonağı olarkən danışıb.

“Osmanlının nəvələrinin öldüyünümü zənn edirsiniz? Siz kimsiniz? Bir neçə gün əvvəl lisey şagirdləri, cahil gənclər dövlətimizə qarşı ayağa qalxdılar. Təbii ki, onların gücü çatmaz. Biz dövlətimizin yanında olmağa davam edəcəyik, Biz yaşadıqca bu cür kor zehniyyətə qarşı olacağıq”, - deyə Kayıhan Osmanoğlu bildirib. (Yeniavaz.com)

NE
Nihadə Eyyubova