Gündəm

Abonentdən “Azercell”ə — “Xidməti başına dəysin…” ( FOTO)

Abonentdən “Azercell”ə — “Xidməti başına dəysin…” ( FOTO)

“Azercell” abunəçilərinin şikayətləri artmaqda davam edir.

Daha bir müştəri “Azercell”in abonentlərin balansından oğurluqlar etdiyini bildirib.

Narazı və şikayətçi gənc Kənan İbrahim bu barədə Feysbuk sosial şəbəkəsində yazıb. O bildirib ki, “Azercell” artıq abonentlərin balansından səbəbsiz pul oğurluqları edir, adını da qoyur xidmət:

“Əvvəla bu “xidmət” heç kimə lazım deyil. İkincisi, siz də abonentlərin haqqına girirsiniz. Üçüncüsü isə lap tutalım, hər ay 2 AZN çıxmağa məcbursunuz (mən əminəm ki, bu belə deyil). O zaman niyə abonentin xətti bağlı qalmalıdır? O 25 dəqiqəni niyə vermisən mənə, əgər mənim xəttimi bağlayıbsansa? Dəysin başına verdiyin dəqiqə də, göstərdiyin “xidmət” də”.

Qarşı tərəfi dinləməyə hazırıq. (Tribunainfo.az)

Abonentdən “Azercell”ə — “Xidməti başına dəysin…” ( FOTO)

NE
Nihadə Eyyubova