İqtisadiyyat

Günəbaxan yağı BAHALAŞIR — Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

Günəbaxan yağı BAHALAŞIR — Qiymətlər son 16 ayın ZİRVƏSİNDƏ

2025-ci ilin mart ayında günəbaxan yağının Avropa bazarında 1 tonunun qiyməti əvvəlki ayla müqayisədə 0.7% artaraq 1220 ABŞ dollarından 1228 ABŞ dollarına yüksəlib.

Demokrat.azxəbər verir ki, bu barədə Aqrar Tədqiqatlar Mərkəzinin dərc etdiyi yeni konyunktur hesabatında bildirilib.

Hesabatda qeyd olunubki, son bir il ərzində günəbaxan yağı bazarında qiymət dinamikası qeyri-müəyyən olub. 2024-cü ilin mart ayında951 ABŞ dollarıolan qiymət noyabrda pik həddə –1267 dollaradəkyüksəlib. Bu artımdan sonra isə qiymətlər nisbətən stabilləşərək1200-1230 ABŞ dollarıarasında dəyişib.

2022-2025-ci illər üzrə müqayisəli təhlillər göstərir ki, 2022-ci ildə günəbaxan yağının qiyməti1651 ABŞ dollarıilə ən yüksək səviyyədə olub. 2023-cü ildə bu göstərici1007 dollaradəkenib. 2024-cü ilin ikinci yarısından başlayaraq qiymətlərdə tədricən artım müşahidə olunub. 2025-ci ilin birinci rübündə isə qiymət1218 dollarsəviyyəsində qərarlaşıb.

Bazar müşahidəçiləri bu qiymət artımını həm tədarük zəncirindəki qlobal dəyişikliklər, həm də regional istehsal və ixracat faktorları ilə əlaqələndirirlər. Bununla belə, tendensiyanın sabit və davamlı olub-olmayacağı növbəti ayların statistikası ilə aydınlaşacaq. (Bakıvaxtı.az )

NE
Nihadə Eyyubova