Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub - YENİLƏNİB - FOTO

HADİSƏ 17 noy 2019, 22:12

Fövqəladə Hallar Nazirliyi (FHN) bu gün Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasında baş verən yanğınla bağlı məlumat yayıb.

 

Demokrat.az -ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Mingəçevir şəhərində Şəhər Mərkəzi Xəstəxanasının yerləşdiyi beşmərtəbəli binanın birinci mərtəbəsində sahəsi 2 m² olan sanitar qovşağın lambirindən ibarət tavanı 1 m² sahədə yanıb.

 

Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

 

***

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.

 

APA-nın Mingəçevir bürosunun məlumatına görə, bu gün xəstəxananın əsas korpuslarından birindəki ayaqyolu bölməsində elektrik xəttində baş verən qısaqapanma məhdud miqyaslı tüstülənmə və yanğına səbəb olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Yanğının qarşısı alınıb və təhlükə lokallaşdırılıb.

 

Hadisə zamanı zərərçəkən olmayıb. 

 

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top