Lənkəranda 32 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.
Belə ki, rayon sakini 1993-cü il təvəllüdlü Xudaverən Əlizadə balıq tutmaq üçün Girdəni kəndi ərazisində çaya gedib.
O, balıq tutarkən tilovu yüksək gərginlikli elektrik xəttinə toxunub. X.Əlizadə tok vurması nəticəsində hadisə yerində ölüb.
Faktla bağlı araşdırmaaparılır.


