Dünya Özəl

Myanmada zəlzələdən sonra bir neçə ölkədən vətəndaşlar itkin düşüb

Myanmada zəlzələdən sonra bir neçə ölkədən vətəndaşlar itkin düşüb

Myanmanın Mandalayşəhərində güclü zəlzələdən sonra Rusiya vətəndaşı itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Khit Thit Media portalı məlumat yayıb.

Nəşrin məlumatına görə, həmin şəxs Myanmada orta məktəb müəllimi işləyib və yeraltı təkanlar zamanı uçan Mandalay Sky Villa yaşayış binasında yaşayırmış. Rusdan başqa Filippin vətəndaşı və 3 Cənubi Afrika vətəndaşı da itkin düşüb. Hazırda dağılmış binanın yerindəÇindən olan xilasedicilərin və yerli yanğınsöndürmə xidmətinin cəlb olunduğu axtarış-xilasetmə əməliyyatı aparılır.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova