Xalq artisti Emin Ağalarov Moskvadakı villasını nümayiş etdirib.
Axşam.azxəbər verir ki, o, lüks evində çəkiliş edərək bunları deyib:
"Baxın, bu da tək canavarın evi.İndi mən həyat yoldaşım Alyona ilə başqa bir evdə yaşayıram. Nə vaxtsa bu evibütün övladlarımla birgə yaşamaqümidi ilə tikmişdim. Amma övladlarım indi başqa ölkə və şəhərlərdə yaşayırlar. Qonaq otağı belə olmalı idi. 800 min nəfərlik. Bu isə uşaq otağıdır. Əkiz oğullarım Mikayıl və Əlinin 2-3 yaşı olanda onlar burada gəzirdilər. Sonradan burada qızlarım Əminə və Afina oynayıb. Bura bizi birləşdirən otaq idi. Burada gözəl və əyləncəli vaxt keçirirdik".
Qeyd edək ki, Eminin Əli və Mikayıl adlı iki oğul, Əminə və Afinaadlı iki qız övladı var.


