Azərbaycanda eşşəklərin sayında azalma davam edir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2025-ci ilin əvvəlində12709baş eşşək olub.
Bu göstəriciötən illə müqayisədə2215baş azdır.Ümumilikdə son illərdə Azərbaycanda eşşəklərin sayı sürətlə azalır. Belə ki,2004-cü ildə ölkəmizdə 42.2 min, 2014-cü ildə43.4 minbaş eşşək olduğu halda 2024-cü ilin məlumatlarına görə bu rəqəm14.9 minolub. Rəsmi qurumlar azalmanın səbəbini açıqlamayıb.
Ötən il eşşəklərin böyük hissəsinin - 68 faizinin yaşı 3 və daha çox olub.
Statistikaya görə, ən çox eşşəyin olduğu rayonLerik(1151 baş)olsa da, rayonda bu heyvanların sayında ötən illə müqayisədə ciddi azalma olub. Belə ki, ötən il Lerikdə 1362 baş eşşək olub.
İkinci ən çox eşşəyin olduğu rayonŞəmkirdir. Burada da azalma müşahidə edilib. Ötən il rayonda 1284 baş eşşək olduğu halda bu il cəmi 988 baş uzunqulaq qeydiyyatda olub.Quba (846), Ağstafa(792)rayonlarında da eşşəklərin sayı nisbətən çoxdur.
İqtisadi rayonlar üzrə eşşəklərin sayı aşağıdakı kimi olub:
Bakı şəhəri - 7
Naxçıvan Muxtar Respublikası - 1041
Abşeron-Xızı iqtisadi rayonu - 90
Dağlıq Şirvan iqtisadi rayonu - 513
Gəncə-Daşkəsən iqtisadi rayonu - 1426
Qarabağ iqtisadi rayonu - 658
Qazax-Tovuz iqtisadi rayonu - 2949
Quba-Xaçmaz iqtisadi rayonu - 1552
Lənkəran-Astara iqtisadi rayonu - 2535
Mərkəzi Aran iqtisadi rayonu - 224
Mil-Muğan iqtisadi rayonu - 478
Şəki-Zaqatala iqtisadi rayonu - 542
Şərqi Zəngəzur iqtisadi rayonu - 88
Şirvan-Salyan iqtisadi rayonu - 606


