Dünya

Tramp Maska qarşı: "Tesla" qiymət şokunun astanasında

Tramp Maska qarşı: Tesla qiymət şokunun astanasında

"ABŞ Prezidenti Donald Tramp administrasiyasının digər ölkələrə qarşı ticarət məhdudiyyətləri səbəbindən "Tesla" şirkətinin yeni avtomobillərinin qiymətləri artacaq".

Demokrat.az-ın verdiyi məlumata görə, bu barədə şirkətin sahibi İlon Mask özünün "X" hesabında bəyan edib.

"Qeyd etmək vacibdir ki, "Tesla" bu məsələdə zərərdən qaça bilməyib. Rüsumların "Tesla"ya təsiri hələ də əhəmiyyətlidir", - deyə milyarder yazıb.

Onun sözlərinə görə, tarif məhdudiyyətləri digər ölkələrdən gətirilən "Tesla" avtomobillərinin ehtiyat hissələrinin qiymətinə təsir edəcək, qiymətə təsir əhəmiyyətli olacaq.

Qeyd edək ki, martın 26-da Tramp ABŞ-nin ölkə xaricində istehsal olunan bütün avtomobillərə 25% idxal rüsumu tətbiq edəcəyini bildirib.

D
demokrat.az