Hadisə

Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb

Naxçıvanda dönərdən zəhərlənənlər evə buraxılıb

Naxçıvanda dönərdən zəhərlənən 6 nəfər evə buraxılıb.

Bunu jurnalistlərə müsahibəsində Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzinin növbətçi həkimi Nəzmin Allahverdiyeva deyib.

O qeyd edib ki, Mərkəzə Naxçıvan şəhərində fəaliyyət göstərən kafelərdən birində dönərdən zəhərlənənbir neçə nəfər daxil olub. Onlardan üçü azyaşlı olmaqla6 nəfər ürək bulanmadan, qusmadan şikayət edib.

Xəstələr tibbi yardımlardan sonra evə buraxılıb.(Report)

NE
Nihadə Eyyubova