Gündəm

Lənkəranda hosteldə ölü tapılan turist ukraynalı imiş

Lənkəranda hosteldə ölü tapılan turist ukraynalı imiş

Lənkəranda hosteldə ölü tapılan şəxsin kimliyi məlum olub.

Demokrat.az xəbər verir ki, həmin şəxs ukraynalı turist Aleksandr Salov imiş. 1964-cü il təvəllüdlü A.Salovun meyiti üzərində zorakılıq əlaməti aşkar edilməyib.

O, Azərbaycana martın 1-də gəlibmiş.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (“Qafqazinfo”)

NE
Nihadə Eyyubova